Ramazan ayı müsəlmanlar üçün niyə önəmlidir ?

  • 16:12 - 23 Aprel

11 ayın sultanı olan Ramazan ayının gəlişi ilə insanlar mübarək ayın məna və əhəmiyyətini araşdırmağa başlayıb. Müsəlmanların həyəcanla gözlədiyi 11 ayın sultanı olan Ramazan ayı gəldi. 

Avropa.info xəbər verir ki, müsəlman dünyası bu gecə ilk sahurunu edəcək və sabah ilk orucunu tutacaq. Bundan başqa insanları Ramazan ayının niyə vacib olması da insanlar üçün çox maraqlıdır. Ramazan ayı dinimizdə böyük bir əhəmiyyətə malikdir və digər aylar arasında möhtəşəm bir yeri var. Çünki müqəddəs kitabımız olan Quran bu ayda nazil edilməyə başlanıb. Quranda min aydan daha yaxşı olduğu bildirilən Qədir gecəsinin də məhz bu ayda olduğu qeyd olunur. 

Bundan başqa İslamın əsas ibadətlərindən və beş şərtindən biri olan oruc da bu ayda tutulur. Buna görə də Ramazan ayı müsəlmanlar üçün ən müqəddəs aydır və o, on bir ayın sultanı adlandırılmışdır. Uca Allah (c.c) bu ayla bağlı buyurur: "İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir." (Bəqərə 185) Quran insanlara nəsihət və rəhbərlik etmək üçün Allah tərəfindən göndərilmiş bir kitabdır. Buna görə də o insanlar üçün həyati önəm daşıyır. Quran oxumaq ibadətdir. Peyğəmbərimiz, (s.ə.s) də Allahın elan etdiyi vəzifə və məsuliyyətimizi dərk edib xatırlamağımız üçün müsəlmanları tez-tez Quran oxumağa təşviq etmişdir. Müsəlmanlar Ramazan ayında əvvəlkindən daha çox Quran oxumağa diqqət yetirirlər. Bunun üçün evlərdə və ya məscidlərdə toplaşaraq hər gün Qurandan iyirmi səhifə oxuyurlar. 

Bu minvalla da Ramazan ayının sonuna yetişdikləri zaman Quranı bir dəfə xətm etmiş, yəni başdan sonra oxmuş olurlar. Müsəlmanlar bu ənənəni əsrlərdən bəri yaşadaraq davam etdirirlər. Ramazan ayını vacib edən amillərdən biri də dinimizin beş şərtindən biri olan orucun məhz bu ayda tutulmasıdır. Allah təala müsəlmanlara Ramazan ayında oruc tutmağı əmr edərək buyurur: "Sizdən hər kim bu aya yetişərsə oruc tutsun." (Bəqərə 185) Buna görə də müsəlmanlar bu ayı oruclu olaraq keçirirlər. Ramazan ayı oruc, ibadət və səbir ayıdır. Allahın mərhəmət və bağışlama qapıları açıldığı aydır. Peyğəmbərimiz (s.ə.s) Ramazan ayında edilən səmimi dua, ibadət və yaxşı əməllərin Allah qatında daha dəyərli olacağını bildirmişdir.

Avropa.info


Oxunma sayı: 29404

Oxşar yazılar