Milli dövlətlərmi, Avropa İttifaqımı ? - Koronavirus dünya siyasi sistemində nələri dəyişəcək? - Azər Hüseynov yazır

  • 16:23 - 16 Aprel

Son dövrlər yaşadığımız koronavirus pandemiyası bir önəmli məsələni diqqət mərkəzinə gətirdi. Bu da, qloballizmin təcavüzkar irəliləyişinə qarşı milli dövlətlərə olan ehtiyacdır. Avropa İttifaqı və digər inteqrativ birliklər qlobal pandemiyaların yayılması üçün çox münbit bir müstəvidir. Çünki Avropa İttifaqı daxilində hərəkət olduqca azaddır. Bu isə xəstəliklərin və digər assimetrik təhlükələrin yayılmasına imkan verir. 

Avropa dövlətlərinin özündə bu gün bu problemi anlamaqdadırlar. Məhz bu səbəbdən son seçkilərdə millətçi qüvvələrin səsləri artmaqdadır. Ikinci dünya müharibəsindən sonra qlobalist düşüncəni təmsil edən maliyyə maqnatları Avropa dövlətlərini İttifaqlaşmağa şirnikləndirə bildilər. Müəyyən bir müddət ərzində Avropa iqtisadiyyatı ciddi inkişaf etdi. Sosial vəziyyət düzəldi. Ancaq bu inkişaf özü ilə birlikdə potensial təhlükələri də gətirirdi. İngiltərə məhz bu səbəblərdən Avropa İttifaqını tərk etdi. İtaliya da pandemiyadan sonra Avropa İttifaqını tərk edəcəyini açıqlayıb. Bu gün Avropa dövlətləri həmin təhlükəni dərk edirlər. Bunu nəinki Avropa ölkələri, ABŞ belə dərk edir. 

ABŞ-ın xarici siyasətinin 1913-cü ildən sonra Federal Ehtiyyatların nəzarətinə keçməsi nəticəsində bu dövlət dünyada bir jandarm halına gətirildi. Ancaq maliyyə maqnatlarının fəaliyyəti nəticəsində ABŞ müəyyən qlobal nailiyyətlər qazansa da, hazırda daxili iqtisadi reqressiya yaşayır. Trampın son fəaliyyətləri daxili iqtisadi inkişafı canlandırmağa yönəldi. Bu isə onu qlobal maliyyə, texnoloji və mediya nəhəngləri ilə qarşı-qarşıya gətirdi. ÜST ilə yaşanan son problem də bunun bariz nümunəsidir.

Belə bir ortamda milli dövlətlərin siyasi səhnədən getməsi hər birimizin fiziki mövcudiyyəti üçün təhlükəlidir. Milli dövlət qurumları və sərhəd tənzimlənməsi o qədər açıq olmayan ölkələr, daha doğrusu tənzimlənən dövlətlər pandemiyanı daha effektiv tənzimləyə bildi. Bütün siyasi, əqidəvi, etnik düşüncələrdən asılı olmayaraq hazırkı siyasi konyukturda milli dövlətlərin qorunması zəruridir. Çünki bəşəriyyətin fərqlərini nəzərə almadan sırf maliyyə maraqları və eləcə də, gizli ideoloji səbəblərlə dünyanı idarə etmək istəyənlər açıq coğrafi məkanlarda daha güclüdürlər.

Azər Hüseynov Avropa.info yazarı


Oxunma sayı: 30658

Oxşar yazılar