Virusa qarşı karantin rejimini müsəlman alimi İbn Sina icad edib, Avropa bunu müsəlmanlardan öyrəndi - Albaniya baş naziri

  • 00:31 - 16 Aprel

"Karantində qalmanı ilk dəfə müsəlman alimi İbn Sina bir müalicə metodu olaraq müəyyən etmişdir."

Avropa.info xəbər verir ki, bunu Albaniyanın baş naziri Edi Rama deyib. 

"Müsəlman alim İbn Sina (980-1037) müəyyən xəstəliklərin mikroorqanizmlər tərəfindən yayıldığından şübhələndiyini yazıb.  İbn Sina insandan insana infeksiyanın qarşısını almaq üçün 40 gün ərzində insanları tamamilə təcrid etmək üsulunu icad edib. İbn Sina bu üsulu "Erbain (qırx)" adlandırmışdır.

 Venesiya tacirləri İbn Sinanın müvəffəqiyyətli üsulu haqqında eşitmiş və bu metodun İtaliyada tətbiq olunması haqqında danışmışlar.  Qurani-Kərimdən "Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. " ayəsini (Maidə surəsi 32) xatırlayın. İbn Sinanın bu metodu minlərlə deyil, bəlkə də milyonlarla insanın həyatını xilas edib" -  Edi Rama  belə deyib. 


Oxunma sayı: 37797

Oxşar yazılar