Avtomobil yollarında karantin rejimini pozanların sayı açıqlandı

  • 10:12 - 14 Aprel

Ötən gün ərzində respublikanın avtomobil yollarında xüsusi karantin rejimini pozanların sayı açıqlanıb. 

Avropa.info xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 13.04.2020-ci il saat 00:00-dan 14.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2204 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.


Oxunma sayı: 12376

Oxşar yazılar