Ərzaq almaq adı ilə istirahətə getmək istədilər: maşından görün nə tapıldı? – Foto

  • 12:00 - 13 Aprel

Bakıdan Qubaya gedən avtomobil Şabran postunda saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Avropa.info-ya verilən məlumata görə, “Hyundai H-1” markalı avtomobillə Qubaya gedən Bakı şəhər sakinləri olan Mustafa Əsgərov və sərnişini Murad Quliyev Şabran rayonu Gəndov kəndi ərazisində quraşdırılmış müvəqqəti stasionar postda saxlanılıb. Məlum olub ki, həmin şəxslər ərzaq almaq üçün 2 saatlıq icazə alaraq istirahət etmək məqsədi ilə şimal bölgəsinə gəlmək istəyiblər.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən hər iki şəxs özlərini şübhəli apardıqları üçün onların üzərilərinə və nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman həmin nəqliyyat vasitəsində gizlədilən saxlanılan şəxslərə məxsus ümumilikdə üç kibrit qutusunda narkotik maddə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Dindirilmə zamanı Murad Quliyev və Mustafa Əsgərov həmin narkotiklərin onlara məxsus olduğunu etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

 

 

 


Oxunma sayı: 8053

Oxşar yazılar