Gəncədə qəribə hadisə: oğru polisə şikayət etdi

  • 10:29 - 13 Aprel

Gəncə şəhərində maraqlı hadisə baş verib. 

Avropa.info bildirir ki, hüquq-mühafizə orqanlarından oxu.az-a verilən məlumatına görə, oğurluq edən şəxs polisə müraciət edərək, başqa bir cinayət barədə şikayət verib.

Göygöl rayon sakini, 1995-ci il təvəllüdlü Elnur Zeynalov müraciəti zamanı bildirib ki, şəhərdə yerləşən marketlərdən birindən viski oğurlamağa cəhd edib. Bu zaman marketin əməkdaşları onu tutublar. 

O iddia edib ki, tanımadığı şəxs (və ya şəxslər) tərəfindən ayaq nahiyəsindən bıçaqlayıb. 

Onun kim tərəfindən bıçaqlandığı hələlik müəyyən edilməyib.

Hazırda faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 7943

Oxşar yazılar