Azərbaycanda bir ailənin 5 üzvü zəhərləndi

  • 00:36 - 13 Aprel

Tovzuda zəhərlənmə hadisəsi baş verib.

Hadisə rayonun Meşədilər kəndində qeydə alınıb.

Kənd sakinləri - 1986-cı il təvəllüdlü Taleh Əhmədov, onun 6 və 5 yaşlı oğulları, həmçinin 25 yaşlı A.Cəfərova ilə 63 yaşlı X.Abdullayev yabanı halda bitmiş bitkidən zəhərləniblər. Onlar Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Xəstəxanadan bildirilib ki, tibb müəssisəsinə müraciət edənlər yedikləri bitkidən sonra özlərini pis hiss ediblər və zəhərlənmələrindən şübhələniblər.

Faktla bağlı araşdırma aparılıb. (report)


Oxunma sayı: 5611

Oxşar yazılar