Şabranda keçmiş məhbus ana və oğlunu güllələdi

  • 21:03 - 11 Aprel

Şabranda qətl hadisəsi törədilib. 

Avropa.info report-a istinadən xəbər verir ki, hadisə Zeyvə kəndində baş verib. 

Belə ki, bu yaxınlarda həbsdən buraxılan Nahid Məmmədov 1963-cü il təvəllüdlü İstək adlı qadını və onun oğlu, 1983-cü il təvəllüdlü Məhəbbət adlı şəxsi ov tüfəngindən atəş açaraq öldürüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 6029

Oxşar yazılar