Belarus da koronavirusa görə özünütəcrid qərarı verdi - Lukaşenko fikrini dəyişfi

  • 23:28 - 09 Aprel

Belarus hökuməti koronavirus pandemiyası zamanı özünü təcrid etmək qaydalarını müəyyən edib.

“Belta” xəbər verir ki, qərara əsasən, Belarus vətəndaşları, COVID-19 diaqnozu qoyulan əcnəbilər, həmçinin, onlarla birinci və ikinci səviyyədə təmasda olanlar özlərini təcrid etməlidir.

Birinci səviyyəyə aid olanlar xəstə ilə son təmas vaxtından 14 gün ərzində, ikinci səviyyəyə aid olanlar isə xəstəliyin əlamətləri olduqda (öskürək, nəfəs darlığı, temperatur, boğaz ağrısı) özünütəcrid tətbiq etməyə məcburdurlar.

Özünütəcrid müddətində mağazaya, aptekə və zibil atmağa getmək istisna olmaqla, insanlar yaşayış yerlərini tərk etməməlidirlər. Evdən çıxarkən maska taxmalı və başqaları ilə ünsiyyət qurmamalıdırlar. Özünü təcrid edənlərin hamısına xəstəlik məzuniyyəti verilir. İzolyasiya tələblərinin pozulması halında, müvəqqəti müavinətlər 50 faiz azaldılır.

Son məlumatlara görə, Belarusda 1066 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 13 xəstə ölüb, 77-si sağalıb.

Virtualaz.org xatırladır ki, son vaxtlara qədər Belarus, necə deyərlər, koronavirusu vecinə almayan yeganə Avropa ölkəsi sayılırdı. Prezidenti Aleksandr Lukaşenko koronavirusun qarşısını almaq üçün ölkə olaraq Belarusda hər hansı tədbir görməyə ehtiyac olmadığını bildirirdi: “Olur belə şeylər. Əsas olan panikaya düşməməkdir!".

Amma sonradan Səhiyyə naziri Vladimir Karaniklə birgə COVİD-19-u müalicə etməyə hazır olduğunu bəyan etdi: “Əgər sizin üçün nəsə edə bilərəmsə, zəhmət olmasa deyin. Mən artıq səhiyyə nazirinə demişəm ki, əgər lazımdırsa, Vladimir Stepanoviçlə insanları müalicə etməyə gedəcəyik. O hələlik buna ehtiyac olmadığını deyir”.

virtualaz.org


Oxunma sayı: 7327

Oxşar yazılar