İraq prezidenti yeni hökuməti qurmaq vəzifəsini ona tapşırdı

  • 17:27 - 09 Aprel

İraq prezidenti Bərhəm Saleh yeni hökuməti qurmaq vəzifəsini Milli Kəşfiyyat İdarəsinin sədri Mustafa əl-Kazımiyə verib.

Avropa.info xəbər verir ki, daha əvvəl hökumət qurmaq vəzifəsi verilən Adnan əz-Zurfi vəzifəsini təhvil verib. Bu səbəbdən partiyalar Mustafa Kazıminin üzərində razılığa gəliblər.

Müqtəda əs-Sədrə bağlı Sairun Koalisiyası ilə İrana yaxın şiə partiyalarının dəstəklədiyi Kazımiyə sünnilərin parlamentdəki ən böyük qrupu İraq Qüvvələri İttifaqı və Kürdüstan Demokrat Partiyası və Kürdüstan Yurdsevərlər İttifaqı dəstək bəyanatı veriblər.

Kazımiyə hökuməti qurmaq mərasimində İraq Ali Federal Məhkəməsi sədri Faiq Zeydan, parlament sədri Məhəmməd əl-Halbusi ilə yanaşı şiə, kürd, türkmən qruplar da iştirak edib.

İraq konstitusiyasına görə, Kazıminin 30 gün ərzində yeni kabineti formalaşdırması lazımdır.

Əsl peşəsi jurnalist olan Kazımi 2016-cı ildən biri Milli kəşfiyyat İdarəsinin sədri vəzifəsini icra edir.

Kazımi 2003-də Səddam Hüseynin devrilməsindən əvvəl müxalifətdə təmsil olunub.


Oxunma sayı: 5017

Oxşar yazılar