Maliyyə Nazirliyi birdəfəlik ödəmə ilə bağlı ödənişlərin ilk tranşını köçürdu

  • 17:24 - 09 Aprel

İşsizlərə birdəfəlik ödənişlərin verilməsi üçün ilk tranş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə köçürülüb.

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənən Tədbirlər Planının icrasını təmin etmək məqsədilə bu gün Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən işsiz kimi qeydiyyata alınan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün 38,0 mln. manat həcmində ilk maliyyələşmə tranşı həyata keçirilib.

Bu barədə Maliyyə Nazirliyindən Avropa.info-ya verilən məlymatda bildirilib. Qeyd edilib ki, həmin vəsait işsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 200 min şəxsə yaşayış minimumu həcmində (190 manat) ödəniləcək.


Oxunma sayı: 1827

Oxşar yazılar