Nazirdən əhaliyə pul yardımı ilə bağlı şad xəbər

  • 15:46 - 09 Aprel

Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı pandemiyanın milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, sosial istiqamət üzrə üçün geniş tədbirləri əhatə edir və bu istiqamətlər üzrə 3 milyard manat vəsait yönəldiləcək. O cümlədən, Tədbirlər Planı əsasında sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur.

Avropa.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Real TV-yə müsahibəsində bildirib.

Nazir sosial rifahın dəstəklənməsi tədbirlərindən biri kimi işsiz şəxslərə birdəfəlik ödəmənin veriləcəyini deyib. Qeyd edib ki, işi və qazancı olmayan əmək qabiliyyətli şəxslər işsiz şəxslərdir. İşsiz şəxslər qeydiyyata alınmaqdan ötrü elektron qaydada müraciət edirlər.

Bunun üçün elektron müraciət imkanları yaradılıb. Yəni e-sosial.az portalı vasitəsilə bunu edə bilərlər.

Hansı şəxslər ki, internetə çıxışı, elektron qaydada qeydiyyata alınmaq imkanları yoxdur, onlar işsiz kimi qeydiyyata alınmaq üçün olduqları rayon və ya şəhərlərin Məşğulluq Mərkəzlərinə zəng edərək, tələb olunan məlumatları (özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin nömrələri və s.) barədə məlumat verərək də qeydiyyata alına bilərlər.


Oxunma sayı: 1992

Oxşar yazılar