ABŞ-da virusun qorxunc sürətlə yayılması haqda xəbəri "Reuters" belə təqdim etdi: Həkimlər də şokdadır!

  • 15:33 - 09 Aprel

ABŞ-da Kovid-19 epidemiyasında ölənlərin sayı sutka ərzində 2 min nəfər artaraq 13 min nəfərə çatıb.

Avropa.info xəbər verir ki, Con Hopkins İnstitutunun yaydığı məlumata görə, sutka ərzində 31 min 480 yeni yoluxma aşkarlanaraq, yoluxanların ümumi sayı 399 min 929 nəfər olub. Ölənlərin sayı isə 1918 nəfər artaraq, 12 min 911 nəfərə çatıb.

Kovid-19 təsirini ən çox epidemiyanın mərkəzi Nyu-York ştatında göstərir. Nyu-York ştatında dünənə qədər qeydə alınan 131 min 830 yoluxma halı 8556 yeni müsbət nəticə ilə 140 min 386 nəfərə çatıb.

Nyu-Yorkda çalışan tibb işçilərindən müsahibə götürən "Reuters" agentliyi xəbəri "Epidemiya nəticəsində ölü sayının artım sürəti doktorları şoka saldı" başlığı ilə təqdim edib. Tibb işçilərinin sözlərinə görə, müalicə alanlar təkcə yaşlı və xroniki xəstəlikləri olan şəxslər deyil.

"Az əvvəl vəziyyəti yaxşı olan xəstə qısa vaxt ərzində sizə cavab verə bilməyəcək dərəcədə pis vəziyyətə düşə bilir" - Nyu-York Mont Sinay Xəstəxanasının tibb bacısı Diana Torres deyib.

O, xəstələrin paranoyyaya qapılaraq artıq palatalarından belə çıxmaq istəmədiyini deyib. 

Nyu-Yorku 44 min 416 yoluxma ilə Nyu-Cersi, 18 min 970 yoluxma ilə Miçiqan izləyir. Nyu-Yorkda 5489, Nyu-Cersidə 1232, Miçiqan ştatında 845 nəfər koronovirusdan ölüb.

ABŞ-ı 146 min 690 yoluxma halı isə İspaniya, 135 min 586 yoluxma ilə İtaliya izləyir. ABŞ-da qeydə alınan yoluxma sayının İspaniya, İtaliya və Fransadan çox olduğu görünür.


Oxunma sayı: 5039

Oxşar yazılar