Bəzi deputatlar iclasa maskada gəldilər

  • 15:26 - 09 Aprel

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, yaşı 65-dən yuxarı olan deputatlar Milli Məclis rəhbərliyinin tövsiyəsinə əsasən xüsusi karantin rejiminə əməl edərək bugünkü iclasa qatılmayıblar. İclasda iştirak edən bəzi deputatlar tibbi maska və əlcəklərdən istifadə edirlər.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən ölkədə xüsusi karantin rejimi elan edilib. 


Oxunma sayı: 3345

Oxşar yazılar