Kovid-19 Amazon cəngəlliyinin dərinliyində yaşayan qəbilədə də tapıldı

  • 14:48 - 09 Aprel

Koronovirus pandemiyası Amazon cəngəlliyinə qədər gedib çıxa bilib.

Avropa.info xəbər verir ki, xaricdən gələn xəstəliklərə qarşı immunitetinin olmaması ilə tanınan Yanomami qəbiləsinin 15 yaşı üzvündə Kovid-19 aşkarlanıb. O Roraima ştatının paytaxtı Boa Vistadakı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Braziliya səhiyyə naziri Luis Enrike Mandetta vəziyyətin təşviş verici olduğunu, xarici aləmlə çox az əlaqə saxlayan qəbilələr üçün üç qat diqqətli olmalı olduqlarını deyib.

Aborigen qəbilə üzvlərində ən azı 7 yoluxma faktı təsdiqlənib. Bir həftə əvvəl Kokama etnik azlığının 20 yaşlı üzvündə nəticə müsbət çıxmışdı.

Braziliyada 300-dən çox etnik qrup mənsubu 800 min aborigen yaşayır. 1970-ci illərdə qızılca və malyariya kimi xəstəliklərin təsirinə məruz qalan Yanomami xalqı izolyasiya şəklində yaşayır.

Qeyd edək ki, Braziliyada 16 min 195 nəfər Kovid-19 virusuna yoluxub, 822 nəfər vəfat edib.


Oxunma sayı: 3653

Oxşar yazılar