Son dəqiqə : İmişlidə yaşayış evində partlayış baş verib – Yaralanan var (Özəl)

  • 14:16 - 09 Aprel

Bu gün səhər saatlarında İmişlinin Aranlı kəndində yaşayış evində partlayış baş verib.

Avropa.info-nun məlumatına görə, partlayışa səbəb qaz sısması olub. Dərhal əraziyə Fövqəladə  Hallar  Nazirliyinin yanğınsöndürənləri cağırılıb. Yanğın  söndürülsə də, ev əşyaları ilə birgə yanaraq kül olub . 

Hadisə zamanı kənd sakini Mədətov İbrahim Bəhram oğlu müxtəlif  dərəcəli yanıq  xəsarətləri  ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti orta-ağır olduğundan Bakıya göndərilib.

Avropa.info


Oxunma sayı: 10935

Oxşar yazılar