Serbiya prezidentinin oğlu da koronovirusa yoluxdu

  • 13:23 - 09 Aprel

Serbiya prezidenti Aleksandr Vuçiçin oğlunda da koronovirus aşkarlanıb.

Avropa.info xəbər verir ki, prezident oğlunun paytaxt Belqradda yerləşən İnfeksion Xəstəliklər Mərkəzində nəzarət altında olduğunu açıqlayıb.

"İlk gözağrım da koronovirusa yoluxdu. Xəstəliyə qalib gələcəyinə inanıram" - Vuçiç deyib.

Qeyd edək ki, Serbiyada yoluxma sayı 2666 nəfərə çatıb, 65 nəfər ölüb.


Oxunma sayı: 3213

Oxşar yazılar