Parlamentdə qazın limitinin artırılması təklif edildi

  • 12:34 - 09 Aprel

Milli Məclisdə şimal rayonlarında əhali üçün qaz limitinin artırılması təklif olunub.

Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı çıxış edən Aqrar siyasət komitəsinin sədr müavini Azər Badamov şimal rayonlarında qaz limitinin artırılmasına ehtiyac olduğunu bildirib.

Deputat qeyd edib ki, şimal rayonların soyuq günlərin sayı daha çoxdur. A. Badamov bunun nəzərə alınaraq, bu rayonlarda yaşayan əhali üçün qaz limitinin artırılmasını təklif edib.

Modern.az


Oxunma sayı: 1926

Oxşar yazılar