Boris Consonun səhhəti necədir? - İngiltərə hökumətindən son məlumat

  • 12:29 - 09 Aprel

İngiltərə maliyyə naziri Rişi Sunak baş nazir Boris Consonun vəziyyətinin yaxşılaşdığını və yataqda otura bildiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, ilk vaxtlar cəmiyyətin immunitet qazanması üçün koronovirusa sürü yoluxması metodunu müdafiə edən Conson bir neçə gün əvvəl səhhətinin ağırlaşması üzündən xəstəxanaya çatdırılmışdı.

Boris Consonun həyatda qalma şansının 54% olduğu iddia edilmişdi. İngiltərə maliyyə naziri bu iddianı təkzib edərək, Consonun süni nəfəs aparatı olmadan nəfəs aldığını və yataqda otura bildiyini açıqlayıb.


Oxunma sayı: 3752

Oxşar yazılar