"Atletiko"nun əfsanəvi futbolçusu koronovirusdan öldü

  • 12:00 - 09 Aprel

Dünən İspaniyanın "Atletiko" klubunun 82 yaşlı əfsanəvi futbolçusu Migel Cons koronovirusdan vəfat edib.

Avropa.info xəbər verir ki, Ekvatorila Qvineyadan çıxmış futbolçu Madrid klubu üçün 8 mövsüm ərzində oynayıb. "Atletiko"da 129 matç keçirən Migel Cons 50 qol vurub.

Cons 1959-1967-ci illər arası üç İspaniya Kuboku, həmçinin Kuboklar Kubokunu qazanıb. 

Sabiq futbolçu son vaxtlar xərçənglə mübarizə aparırdı. Lakin onun ölüm səbəbi koronovirus olub.


Oxunma sayı: 16710

Oxşar yazılar