Milli Məclis Elman Rüstəmovla bağlı qərar verdi

  • 11:18 - 09 Aprel

Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ Milli Məclisin bu gün keçkirilən plenar iclasında müzakirə olunub.

Avropa.info xəbər verir ki, müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, sonuncu dəfə Milli Məclis E.Rüstəmovu bu vəzifəyə 3 aprel 2015-ci il tarixində 5 il müddətinə təsdiqləyib. 9 aprel 2015-ci il tarixində Prezident İlham Əliyev bu təyinatla bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, E.Rüstəmov 25 ildir AMB-yə rəhbərlik edir.


Oxunma sayı: 3719

Oxşar yazılar