Kovid-19 Səud kral ailəsinə də sıçradı - Kral və vəliəhd şahzadə özlərini adadakı saraya qapatdılar

  • 11:13 - 09 Aprel

"New York Times" qəzetinin Ər-Riyaddakı kral xəstəxanasının iki həkimi və bir kral ailəsi üzvünə istinadən yaydığı xəbərə görə, Riyad valisi Faysal bin Bəndər bin Əbdüləziz Səud da daxil olmaqla 150 nəfər xanədanlıq üzvü Kovid-19 koronovirusuna yoluxub.

Avropa.info xəbər verir ki, Kral Faysal Xəstəxanasına təcili şəkildə gələn təlimatda "ölkə miqyasındakı vacib şəxslər üçün təlimat verilməsinin gözlənilməsi, xroniki xəstələrin xəstəxanadan təxliyə edilməsi"nin vacibliyi vurğulanıb.

Qəzetə müsahibə verən həkimlər minlərlə şahzadənin tez-tez Avropaya səyahət etdiyini və virusu buradan gətirə biləcəklərini yazır. 

84 yaşlı Kral Salman bin Əbdüləzizin Qırmızı dəniz sahilindəki Ciddə şəhərinə yaxın bir adada yerləşən sarayda karantinə götürüldüyü bildirilir. Vəliəhd şahzadə Məhəmməd bin Salmanla yanaşı bir çox nazir bu bölgə yaxınlığında saraya qapanaraq özlərini karantinə götürüblər. 

Qəzetin yazdığına görə, Səudiyyə Ərəbistanı hakimiyyətinin bütün hava və quru yollarını bağlaması, bəzi vilayətlərdə küçəyə çıxma qadağası elan etməsi, ümrə ziyarətlərinin ləğvi, camaat namazlarının təxirə salınması kimi sərt tədbirlərə tez bir şəkildə qərar verməsinin arxasında xanədan üzvlərinin koronovirusa yoluxması göstərilir.


Oxunma sayı: 4808

Oxşar yazılar