Türkiyə Mərkəzi Bankından önəmli tədbir: Pullar da karantinə alındı

  • 10:43 - 09 Aprel

Türkiyə Mərkəzi Bankı koronavirus pandemiyasının qarşısını almaq üçün əhəmiyyətli qərar verib.

Avropa.info xəbər verir ki, koronavirus epidemiyasının dayandırmaq məqsədi ilə vətəndaşların evdə izolyasiya tədbirləri davam edərkən, mikrobun ən çox sığındığı yer olan pullar da karantin altına alınıb.

Mərkəzi Bankın qərarına görə banknotlar ən azı 7 gün təcrid olunmuş ərazilərdə saxlanılır. Əvvəllər dövriyyəyə buraxılmayan əskinasların istifadəsinə daha çox yer verilir.

Digər tərəfdən, bankomatlarda tədbirlər gücləndirilib. Bir çox bankomatlarda QR kodu ilə pul çıxarma başlayıb. Beləliklə, vətəndaşlar düymələrə toxunmadan bankomatlardan pul çıxara bilərlər. 

Merkez Bankası'ndan önemli uygulama: Banknotlar da karantinaya alındı

Oxunma sayı: 3202

Oxşar yazılar