Dünya birjalarında neftin qiyməti bahalaşdı
- 10:13 - 09 Aprel
Dünya birjalarında neftin qiyməti cüzi bahalaşıb.
Avropa.info xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 0,79% artaraq, 1 barelə görə 33,10 dollar təşkil edib.
"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 2,79% artaraq 25,79 dollar təşkil edib.