Avropa İttifaqı Azərbaycana 14 milyon avro ayırdı

  • 10:09 - 09 Aprel

Avropa İttifaqı koronavirus pandemiyası ilə mübarizə üçün Azərbaycana 14 milyon avro ayırıb.

Avropa.info APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Şərq qonşuluğu departamentinin direktoru Laurens Meredit məlumat verib.

O bildirib ki, ittifaq “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrə yeni növ koronavirus pandemiyası ilə mübarizə üçün təcili olaraq 80 milyon, qısamüddətli dəstək üçün 883 milyon avro vəsait ayıracaq.

Ayrılan vəsaitdən Gürcüstan 183 milyon, Belarus 60 milyon, Moldova 87 milyon, Ukrayna 190 milyon avro, Ermənistan 92 milyon avro əldə edəcək.


Oxunma sayı: 1277

Oxşar yazılar