Karantin qaydalarını pozan 9959 sürücü məsuliyyətə cəlb edildi – Rəsmi

  • 09:53 - 09 Aprel

Baş Dövlət Yol Polisi İdarəsi son sutka ərzində karantin qaydalarını pozduğu üçün saxlanılan avtomobillərin sayını açıqlayıb.

İdarədən Avropa.info-ya daxil olan məlumaat görə, karantin rejiminin pozulmasına görə ötən gün ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1445 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


Oxunma sayı: 3851

Oxşar yazılar