ABŞ-dan sensasion koronavirus iddiası: Çindən deyil, Avropadan yayılıb

  • 09:34 - 09 Aprel

"New York Times" qəzetində dərc olunan xəbərdə yeni tip koronavirus (Kovid-19) epidemiyasının Asiyadan deyil, Avropadan ABŞ-a keçdiyi iddia edilib.

Avropa.info-nun məlumatına görə, yazıda bildirilir ki, nyu-yorklularda olan koronavirus genomlarını təhlil edən müxtəlif tədqiqat qrupları, onların bölgədə fevral ayının ortalarında mövcud olduqlarını və koronavirusun ilk təsdiqlənməsindən bir neçə həftə əvvəl Asiyadan deyil, Avropadan gələn qonaqlar tərəfindən gətirildiklərini açıqlayıblar.

Məlumata görə, Mounth Sinay Icahn Tibb Məktəbində laboratoriya tədqiqatları aparan genetika mütəxəssisi Harm van Bakel komandası ilə apardığı tədqiqatın Kovid-19 epidemiyası üçün "daha çox Avropa mənşəli" diaqnozu qoyub.

Qəzetdə Nyu-York Universitetinin Grossman Tibb Məktəbində aparılan başqa bir araşdırmada fərqli bir qrup eyni hal üzərində işləməsinə baxmayaraq, oxşar nəticələrin əldə olunduğu bildirilib.

Bundan əlavə, tədqiqatlarda virusun göstəriləndən daha gizli şəkildə yayıldığını və ciddi bir test proqramı tətbiq edildiyi təqdirdə daha əvvəl aşkar edilə biləcəyini iddia edilib.


Oxunma sayı: 3796

Oxşar yazılar