Türkiyədə koronavirusdan ölənlərin sayı 812 nəfərə çatıb

  • 22:52 - 08 Aprel

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 87 nəfər ölüb.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca  ozünün tvirtter hesabında yazıb.

Nazir bildirib ki, son 24 saatda 24 900 şübhəli koronavirus testindən keçib, onlardan 4117-nin cavabı pozitiv çıxıb. 

Türkiyədə  koronavirusdan indiyədək 812 nəfər ölüb, 38 226 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1492 nəfəri reanimasiyadadır, 1846 nəfərin isə müalicəsi müsbət nəticə verib. Bu gün müalicə olunan 264 xəstə evə buraxılıb.

 


Oxunma sayı: 4500

Oxşar yazılar