Kanadada koronavirusdan ölənlərin sayı 400-ü ötdü

  • 21:30 - 08 Aprel

Kanadada qeydə alınmış koronavirus hallarının sayı 18 433-ə çatıb.

Ölkədə virus qurbanlarının sayı 401 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 455 000-i ötüb. Bunların 309 825 nəfəri sağalıb, 83 666 nəfəri isə ölüb.(report)


Oxunma sayı: 1794

Oxşar yazılar