ÜTT dünya iqtisadiyyatının 2021-ci ildə tam bərpa olunmasını gözləyir

  • 19:51 - 08 Aprel

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qlobal iqtisadiyyatın bərpa olunması ilə bağlı proqnozunu açıqlayıb. 

 ÜTT koronavirus pandemiyasının yaxın vaxtlarda nəzarətə götürüləcəyi halda dünya iqtisadiyyatının 2021-ci ildə tam bərpa olunmasını gözləyir. Bunu Cenevrədə keçirilən mətbuat konfransında ÜTT-nin baş direktoru Roberto Azevedo deyib. 

“İqtisadçılarımız hesab edir ki, pandemiya nisbətən yaxın gələcəkdə nəzarətə götürülsə və düzgün davranış tətbiq edilərsə, dünya iqtisadiyyatı artıq 2021-ci ildə böhrandan öncə olan trayektoriyaya qayıda bilər”, - deyə təşkilatın rəhbəri bildirib. 

Buna baxmayaraq, ÜTT-nin bununla bağlı neqativ ssenariləri də mövcuddur.(apa)


Oxunma sayı: 5765

Oxşar yazılar