Hikmət Hacıyev: “Vəziyyət qiymətləndirilir, buna uyğun addımlar atılır”

  • 18:22 - 08 Aprel

“Hər şey müqayisədə çox gözəldir, hər şeyə müqayisədə baxılmalıdır”.

Avropa.info apa-ya istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında 190 manat yardımın nə dərəcədə yetərli olması ilə bağlı sualı cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev qeyd edib ki, bütün dövlətlərdə bu tədbirlər həyata keçirilmir: “Biznesə, məşğulluğa dəstəklə bağlı 2,5 milyard manat ayrılıb. Vəziyyət qiymətləndirilir, buna uyğun da addımlar atılır”.


Oxunma sayı: 3730

Oxşar yazılar