ABŞ-da 35 milyona yaxın adam işsizlik və tibbi sığortalarını itirə bilər

  • 17:52 - 08 Aprel

ABŞ-da sürətlə yayılan koronovirus pandemiyası üzündən 35 milyona yaxın adam işsizlik maaşı tələblərini və iş yerlərinin bağlanması səbəbi ilə tibbi sığortalarını itirə bilər.

Avropa.info xəbər verir ki, Səhiyyə İdarəetməsi Assosiasiyasının ehtimallarına görə, ABŞ-da sığortasız qalan işçi rəqəmi pikə çatacaq.

Milyonlarla insan hələ də "Medicaid" çərçivəsində səhiyyə xidməti alsa da, amerikalılara xidmət göstərən federal səhiyyənin edilən müraciətlərin sayına hazır olmadığı bildirilir.

Hesabatda hökumətin növbəti bir neçə ayda plan yerini 71 milyon nəfərdən 94 milyona qaldıracağı gözlənilir.

Qeyd edək ki, son iki həftə ərzində 10 milyon adam işsizlik maaşı üçün müraciət edib. Analitiklərin hesablamasına görə, ayın axırında bu rəqəm 20 milyon adama qədər çıxa bilər.


Oxunma sayı: 11177

Oxşar yazılar