Azərbaycanda 2 yaşlı uşaq koronavirusa yoluxub

  • 17:51 - 08 Aprel

"Ötən həftə ərzində karantin qaydalarına əməl etməməyin nəticəsi olaraq bu gün yoluxma sayı artıb. Karantin rejimini pozan şəxslərin sayı hələ də çoxdur".

Avropa.info xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, bir nəfər 30-60 nəfəri virusa yoluxdura bilər:

“Əgər qaydalara yenə də əməl edilməsə, daha ciddi tədbirlər üçün hökumətə müraciət edəcəyik. Bizdə 2 yaşdan başlamış 89 yaşa qədər xəstələr var. Gənclər arasında yoluxmanı ağır keçirənlər də var. Yoluxma zənciri qırılsa, normal həyata daha tez qayıtmaq olar.”


Oxunma sayı: 5545

Oxşar yazılar