Karantinə görə cəzalandırılanların sayı açıqlandı - Rəsmi

  • 17:32 - 08 Aprel

"Son sutka ərzində karantin qaydalarını pozan şəxslər barədə 3 073 inzibati tədbir görülüb. Bu rəqəm çox böyükdür".

Avropa.info xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində 12 nəfər inzibati həbs cəzası alıb: "1 cinayət işi üzrə 2 nəfər həbs edilib. Qanunsuz icazə alanlar çoxluq təşkil edir".


Oxunma sayı: 3686

Oxşar yazılar