“142-Çağrı Mərkəzi”nə bir gündə daxil olan müraciətlərin sayı açıqlandı

  • 17:26 - 08 Aprel

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “142-Çağrı Mərkəzi”nə aprelin 7-də 5707 zəng daxil olub.

Nazirlikdən Avropa.info-ya verilən məlumata görə, bu da Çağrı Mərkəzinin fəaliyyət göstərdiyi dövrdə bir gün ərzində edilən zənglərin sayı baxımından rekord göstəricidir.

Vətəndaşların əmək, məşğulluq, sosial müdafiə tədbirləri, tibbi-sosial reabilitasiya və s. ilə bağlı müraciətləri əməkdaşlar tərəfindən ətraflı cavablandırılıb, sorğu xarakteri daşıyan müraciətlərlə bağlı izahat və məlumatlar verilib.

Qeyd edək ki, son iki həftədə Çağrı Mərkəzinə 53 400, ümumilikdə bu il 160 minədək zəng daxil olub.

Hazırda “142–Çağrı Mərkəzi” gücləndirilmiş iş rejimində (saat 9-dan 24-dək) fəaliyyət göstərir, 100-dək operator zəngləri cavablandırır.


Oxunma sayı: 4599

Oxşar yazılar