Yeni alınacaq 164 avtomobil Qarabağ əlillərinə veriləcək - Nazirlik

  • 16:43 - 08 Aprel

"Bəzi media orqanlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərmaş” MMC-dən “Khazar LX” markalı 164 avtomobilin alınacağı ilə bağlı məlumatlar yayılsa da, avtomobillərin hansı məqsədlə alınacağı qeyd edilməyib".

Avropa.info xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O məsələ ilə bağlı bildirib ki, nazirlik tərəfindən hər il olduğu kimi, bu il də Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təmin olunması nəzərdə tutulub. Alınacaq 164 avtomobil də Qarabağ müharibəsi əlillərinə veriləcək.

Nazirlik rəsmisi media orqanlarını hər hansı məlumatı yaymazdan əvvəl dəqiqləşdirmə aparmağı tövsiyə edib.


Oxunma sayı: 2674

Oxşar yazılar