Bakıda iş adamı karantini pozdu, yol qurğularını qırıb keçdi

  • 16:24 - 08 Aprel

Bakı-Ələt yolundakı karantin postunda insident baş verib.

Avropa.info Report-a istinadən xəbər verir ki, Rəmzi Şükürov idarə etdiyi “Mersedes” markalı avtomobillə polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçıb.

Polis əməkdaşlarının gördüyü tədbirlər R.Şükürov saxlanılıb. Onun müvafiq qaydada cəzalandırılacağı gözlənilir.

Qeyd edək ki, Rəmzi Şükürov iş adamıdır. Onun şirkəti çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur. Atası Əvəz Şükürov da "tikinti kralı" kimi tanınır. Onlar barəsində mətbuatda dəfələrlə qalmaqallı məqalələr dərc olunub.


Oxunma sayı: 9824

Oxşar yazılar