Heç kəs gözləmirdi, 107 yaşında koronovirusa qalib gəldi - Yeni rekord

  • 15:45 - 08 Aprel

107 yaşlı Korneliya Ras koronovirusa qalib gələn dünyanın ən yaşlı adamı adını qazanıb.

Avropa.info xəbər verir ki, Hollandiyanın koronovirusun ən çox təsirinə məruz qalan Sommelsdijk qəsəbəsində yaşayan Korneliya Ras Kovid-19 analizinin müsbət çıxması ilə müalicəyə götürülmüşdü.

41 nəfərin yoluxduğu və 10 nəfərin öldüyü "CureMare" qocalar evində qalan 107 yaşlı Rasın sağ qalması gözlənilməz olub. 68 yaşlı bacısı oğlu Mayke de Qrot heç vaxt ərə getməyən və 100 yaşına qədər fermada yaşayan bibisinin həm fiziki, həm də zehni səhhətinin yerində olduğunu deyib.

Korneliya Ras 107 yaşını 17 martda qaldığı qocalar evindəki otağında qeyd edib.

Qəsəbənin meri karantində olduğu üçün qadını təbrik edə bilməyib, ancaq kremli tor və gül hədiyyəsi göndərib.


Oxunma sayı: 4104

Oxşar yazılar