İmişli RİH tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yardım edilib - FOTO

  • 15:29 - 08 Aprel

İmişli rayon İcra Hakimiyyəti tərəfindən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələrinə yardım edilib.

Avropa.info xəbər verir ki, ölkə rəhbərliyi tərəfindən aparılan genişmiqyaslı tədbirlərə dəstək olmaq, həmrəylik nümayiş etdirmək məqsədilə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxa bilməyən, şəhər ərazisində yaşayan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələrinə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin təşəbbüsü və dəstəyi ilə ərzaq məhsullarından ibarət bağlamalar təqdim edilmiş, həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparılmışdır.

 


Oxunma sayı: 13102

Oxşar yazılar