İspaniyada koronovirusdan ölüm sayı artmağa başladı - Fövqəladə vəziyyət uzadılacaq

  • 14:51 - 08 Aprel

İspaniyada Kovid-19 epidemiyasından ölənlərin sayı sutka ərzində 757 nəfər artaraq 14 min 555 nəfərə çatıb.

Avropa.info xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyi 2-6 aprel arası müddətdə ölü sayının azaldığını bildirsə də, dünən və bu gün qeydə alınan ölüm halları ilə bu rəqəm yüksəlməyə başlayıb. Yoluxma sayı isə 6 min 180 nəfər artaraq, 146 min 690 nəfər olub. Sağalaraq evə buraxılanların sayı isə 4813 nəfər ilə 48 min 21-ə qalxıb.

Koronovirusdan ən çox ziyan görən Madrid əyalətində ölü sayı dünənlə müqayisədə 215 nəfər artıb. Yoluxma sayı isə 1981 nəfər artaraq 42 min 450 olub.

14 martda qüvvəyə minən fövqəladə vəziyyətin 25 aprelə kimi uzadılması üçün sabah parlamentdə səsvermə olacaq.


Oxunma sayı: 4115

Oxşar yazılar