Dünya koronovirusla mübarizə apararkən Türkmənistan bayram edir, idman yarışları keçirir - FOTO

  • 14:13 - 08 Aprel

Dünyanın bir çox ölkəsində koronovirus pandemiyası ilə mübarizə aparılarkən Türkmənistan Ümumdünya Sağlamlıq Gününü kütləvi mərasimlər keçirərək qeyd edib.

Avropa.info xəbər verir ki, Türkmənistan Dövlət xəbər agentliyi (TDH) 3500 nəfəri paytaxt Aşqabadda olmaqla, 7 min velosipedçinin yürüşə çıxdığını açıqlayıb.

Dövlət televiziyası eyni rəng geyən velosipedçilərin, dövlət idarələrində idman edən məmurların görüntülərini verib.

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov isə ağ at və velosiped üstündə göstərilib.

Ümumdünya Sağlamlıq Günü tədbirləri çərçivəsində güləşçilər güləşib, tennis, basketbol, futbol, voleybol, boulinq və şahmat müsabiqələri keçirilib.

Qeyd edək ki, 7 aprel hər Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur.


Oxunma sayı: 4731

Oxşar yazılar