Qulamhüseyn Əlibəyli: “Qısa müddətdə tibbi maska və dezinfeksiyaedici maddələrin istehsalına başlanılması təqdirəlayiqdir”

  • 14:10 - 08 Aprel

“Azərbaycanda qısa müddət ərzində tibbi maska və dezinfeksiyaedici maddələrin istehsalına başlanılması təqdirəlayiq hal hesab olunmalıdır”. 

Bunu Avropa.info-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib. 

Onun sözlərinə görə, bu, karonavirus infeksiyasının yayılmasına qarşı mübarizə çərçivəsində dövlətin istehsal prosesinin sürətləndirilməsi üçün verdiyi maliyyə və texniki dəstək nəticəsində mümkün olmuşdur. 

“Tibbi maska istehsalına başlanılması ölkəmizin bu sahədə olan təlabatının tezliklə ödənilməsinə və idxaldan asılılğımıza son qoyacaq bir hadisədir. Karonavirus pandameyasının yaratdığı iqtisadi və sosial problemlərin həllinə komək istiqamətində nəzərdə tutulan tədbirlərin də tez bir zamanda gerçəkləşdirilməsinə nail olmaq da zəruridir”, - deyə Qulamhüseyn Əlibəyli qeyd edir.


Oxunma sayı: 2575

Oxşar yazılar