Zərdabın icra başçısından mağaza sahiblərinə xüsusi tapşırıq: "Ərzaq məhsullarının qiymətini qaldırmayın!" – Fotolar

  • 13:59 - 08 Aprel

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov və müavini Pərvin Mahmudova rayonun ərzaq mağazalrında olublar.

Avropa.info-nun bölgə müxbiri xəbər verir ki, icra başçısı ərzaq mağazalrında zəruri ehtiyac məhsullarının qiymətləri ilə maraqlanıb.

Mərdan Camalaov mağaza sahibləri və oradakı rayon sakinləri ilə söhbət edib. İcra başçısı əhalinin gündəlik tələbəat malları olan məhsulların qiymətlərini süni şəkildə qaldırmamaları üçün mağaza sahiblərinə xüsusi tapşırıq verib.

Coşqun Abdullayev
Avropa.info

 

 

 

 

 

 

 


Oxunma sayı: 23827

Oxşar yazılar