İran səfiri Azərbaycana təşəkkür etdi – Foto

  • 13:42 - 08 Aprel

İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə Azərbaycana təşəkkür edib.

Avropa.info xəbər verir ki, bununla bağlı səfirliyin "Twitter" səhifəsində paylaşım edilib.

“Səfir Cavad Cahangirzadə COVİD-19-la mübarizədə Azərbaycan hökumətinin iranlılarla həmrəyliyini göstərən tədbirlərini (İran bayrağının Heydər Əliyev Mərkəzinin binasında əks olunması) təqdir edir və bu tədbiri koronavirusla mübarizədə iranlılarla həmrəyliyin əlaməti kimi dəyərləndirir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, aprelin 7-də Heydər Əliyev Mərkəzinin binası üzərində İran İslam Respublikasının bayrağı videoproyeksiya olunub.

COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı, ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq musiqilərinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.


Oxunma sayı: 2586

Oxşar yazılar