Azərbaycanda axtarışda olan 6 nəfər saxlanıldı

  • 12:34 - 08 Aprel

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 24 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 6 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.


Oxunma sayı: 4049

Oxşar yazılar