Pandemiyanın başladığı Uhanda 76 günlük karantin götürüldü - İnsanlar vağzala axışdı

  • 11:57 - 08 Aprel

Kovid-19 koronovirusunun ilk dəfə ortaya çıxdığı Çinin Hubey əyalətinin Uham şəhərində tətbiq olunan 76 günlük karantin rejimi götürülüb.

Avropa.info xəbər verir ki, 11 həftəlik karantindən sonra sakinlərə ilk dəfə şəhər xaricinə çıxmağa icazə verilib. Yalnız "yaşıl kod" alan şəxslərin qatar, hava yolu və quru yolları ilə səyahətinə icazə var. Rəsmi şəxslər 11 milyon Uhanda yaşayan vətəndaşların icazə almadan çölə çıxa biləcəyini deyib.

Qadağaların tamamilə götürülmədiyini deyən rəsmilər, məktəblərin hələ açılmayacağını, bunla bağlı qərarın sonrakı dövrdə veriləcəyini bildiriblər.

İki aya yaxındır səyahət qadağası ilə üzləşən Vuhan sakinləri şəhər xaricindən gələn sərnişinləri qarşılamaq üçün vağzala axışıb.

Karantin götürülsə də, insanlar maska və qoruyucu vasitələrlə gəzməyə davam edirlər.


Oxunma sayı: 4698

Oxşar yazılar