NATO hərbi gəmiləri Gürcüstan sahillərində təlim keçirəcək

  • 11:27 - 08 Aprel

 Gürcüstan Sahil Təhlükəsizliyi Qüvvələri ilə birgə dəniz təlimində iştirak edəcək NATO Daimi Dəniz Xidməti Qrupu-2 (SMG) hərbi gəmiləri Poti limanına gəlib.

Avropa.info xəbər verir ki, Gürcüstan DİN-ə məxsus Sahil Təhlükəsizliyi Qüvvələrinin verdiyi açıqlamada İtaliyadan "ITS VIRGINIO FASAN", Kanadadan "HMCS FREDERICTON", Rumıniyadan "ROS REGINA MARIA" və Bolqarıstandan "BGS VERNI" gəmilərinin Poti limanında lövbər saldığı bildirilir. Türkiyə Dəniz Qüvvələri isə " TCG Salihreis" freqatını Potiyə göndərəcək.

Kovid-19 koronovirusuna qarşı alınacaq tədbirlər çərçivəsində rəsmi qarşılama və əlaqədar tədbirlərin keçirilməyəcəyi bildirilir.


Oxunma sayı: 3609

Oxşar yazılar