Avropa Parlamentinin binası koronovirus analizi mərkəzi kimi istifadə oluna bilər

  • 10:55 - 08 Aprel

Avropa Parlamentinin Strasburqdakı binası Kovid-19 analizi mərkəzi kimi istifadə oluna biləcək.

Avropa.info xəbər verir ki, Avropa Parlamentinin sədri David Sasson Fransa hakimiyyətinə bu təkliflə müraciət edib. 

"Bu çətin günlərdə ev sahibi şəhərimizin və onun xalqının yanında olmaq istədik" - Sassoli sosial şəbəkə hesabında yazıb.

Strasburq meri Rolan Ris də bu addımın böyük humanist jest olduğunu deyib. 

Binanın nə vaxt analiz mərkəzi kimi istifadə oluna biləcəyinə dair açıqlama verilməyib. 


Oxunma sayı: 3004

Oxşar yazılar