"Röyter"dən dünyanı şoka salan xəbər : Koronavirus ABŞ-da istehsal olunub və Harvard universitetinin professoru onu Çinə satıb – Foto

  • 10:11 - 08 Aprel

Neçə gündür nəhəng ölkələrin, iqtisadiyyatların, sosial həyatın və insanların müharibə vəziyyətində olduğu dünya miqyasında koronavirus epidemiyası Harvardın professoru Çarlz Liberin virusu ABŞ-da istehsal edib Çinə satdığını və ABŞ-ın milli təhlükəsizlik sirlərini Çinlə bölüşdüyü müzakirə edilir.

Avropa.info xəbər verir ki, xüsusilə sosial şəbəkələrdə yer alan iddialara görə, Lieber virusu ABŞ-da hazırlayıb, Çində Uhan Texnologiya Universitetinə göndərdiyi və buradan çoxlu miqdarda pul aldığı danışılır.

Harvard Universitetinin Kimya və kimyəvi bilologiya büölümü rəhbəri olan 60 yaşlı Charles Lieber Çin təşkilatlarından yüz minlərlə dollar qarşılığında əməkdaşlıq etdiyi aşkar edilib, yalan ifadə verdiyi üçün həbs edilib.

Məhkəmə sənədlərinə görə, Liberin Harvarddakı tədqiqat qrupu Milli Səhiyyə İnstitutundan və Müdafiə Departamentindən araşdırma üçün 15 milyon dollardan çox pul alıb.

Şikayətə görə, Liber Çindəki Uhan Texnologiya Universitetinə (WUT) bağlılığı və Çin rəsmiləri ilə ölkəyə böyük elm adamlarını cəlb etmək üçün bağladığı müqavilə ilə bağlı yalan danışdığını iddia edilir. Həmçinin qeyd edilir ki, Çin universiteti hər ay ona 50.000 dolar ödəyib və WUT-da nanotexnologiya araşdırma labortaoriyası qurması üçün 1,5 milyon dollar qarşılığında anlaşıb.

Yalan ifadələr verməkdə təqsirli bilinən Liberə qarşı casusluq və ticarət sirlərini satmaq ittihamları irəli sürülüb.

Məlumatı dünyaya yayan "Röyter"in xəbərində qeyd olunur ki, "Twitter", "Facebook" başda olmaqla bir çox sosial şəbəkədə Liberin Kovid-19-u Çinə satdığı üçün həbs edilməsi müxtəlif dünya dillərində yüz minlərlə dəfə paylaşılıb.

Avropa.info


Oxunma sayı: 9824

Oxşar yazılar