Tramp koronavirusla mücadilədə ən önəmli ismi vəzifəsindən azad etdi - 2 trilyon dollara cavabdeh idi

  • 01:43 - 08 Aprel

ABŞ prezidenti Donald Tramp, 2 trilyon dollarlıq Covid-19 iqtisadi yardım paketinə nəzarət etmək üçün məsul olan baş müfəttiş müavini Glenn Fineni vəzifəsindən azad edib.

Avropa.info xəbər verir ki, bu haqda Pentaqon İstintaq Bürosunun sözçüsü Dvrena Allen açıqlama verib. 

"Cənab Glenn Finen artıq Koronavirusla Mübarizə Nəzarəti Komitəsində deyil" - Allen belə deyib. 

Allen, Glenn Finenin işdən azad olunma səbəbini açıqlamasa da, onun Ətraf Mühitin Mühafizəsi Agentliyinin baş müfəttişi Sean O'Donell tərəfindən əvəz olunduğunu deyib. 

Qeyd edək ki, Glenn Finenin  ABŞ Maliyyə Nazirliyinin Konqresdən kiçik sahibkarlığa dəstək üçün 200 milyard dollar tələb etmək istədiyi açıqlamasından sonra işdən çıxarılması diqqətlərdən qaçmayıb.


Oxunma sayı: 8823

Oxşar yazılar